"Neptun" qurğusu Türkmənistandan Azərbaycana gətirildi

"Neptun" qurğusu Türkmənistandan Azərbaycana gətirildi
10.06.2025 11:40 Cəmiyyət

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” qazma qurğusu Xəzər dənizinin Türkmənistan sektorundan Azərbaycana gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "ASCO" məlumat yayıb.

Məlumata əsasən, qurğunun yedəklənməsi əməliyyatında “Hövsan”, “Hövsan 2”, “SOCAR 1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri iştirak ediblər.

Üç gün müddətində davam edən mürəkkəb dəniz əməliyyatı peşəkar heyət tərəfindən tam təhlükəsizlik təmin olunmaqla uğurla tamamlanıb.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər