Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik

Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik
11.08.2026 20:28 Cəmiyyət

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib.

Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-də məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.

Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

"Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər