Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq
Bu gün Masallının iki kəndində qaz olmayacaq.
Bu barədə TodayPress TV-yə Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ağakişibəyli və Şərəfə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.