Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
03.07.2025 09:32 Cəmiyyət

Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə TodayPress TV-yə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində iyulun 3-də təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər