Külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Külək əsir, yağış yağır - FAKTİKİ HAVA
15.08.2026 12:45 Cəmiyyət

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

TodayPress TV xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən  məlumat verilib.

görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı, Qobustan, Altıağac, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Lerik, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə 19, Culfada isə şərq küləyinin maksimal sürəti saniyədə 21 metrə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonları və Naxçıvan Muxtar Respublikasında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər