İxrac olunan mallara mənşə sertifikatı verilməsi 16 % artdı

İxrac olunan mallara mənşə sertifikatı verilməsi 16 % artdı
01.07.2025 18:12 Cəmiyyət

Bu ilin yanvar–may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədən ixrac olunan mallara 35 515 mənşə sertifikatı verib.

TodayPress TV quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

“Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələrin tətbiq etdiyi güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir”, - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər