İsmayıllıda icra hakimiyyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

Cəmiyyət

25.12.2025 12:48

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirib. 

TodayPress TV xəbər verir ki, tədbir Basqal Resort SPA-da təşkil olunub. Yığıncaqda Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakıdan dəvət olunmuş qonaqlar, ziyalılar, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nahid Bağırov çıxış edərək 2025-ci ildə rayonda görülmüş işlər, həyata keçirilmiş sosial-iqtisadi layihələr və 2026-cı il üçün qarşıda duran əsas vəzifələr barədə hesabat verib. Çıxışdan sonra 2020–2025-ci illər ərzində rayonda həyata keçirilmiş layihələri əks etdirən videoçarx nümayiş olunub.

Milli Məclisin deputatı Novruzəli Aslanov rayonda aparılan abadlıq-quruculuq işlərini və həyata keçirilmiş sosial layihələri yüksək qiymətləndirib. Şəhid anası Cəmilə xanım rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Hesabat yığıncağında rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət də qəbul edilib. 

Jalə Rövşən

TodayPress TV

tag: İsmayıllı,İcra,Hesabat,Yığıncaq,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo