Hazırda Azərbaycanda neçə əcnəbi yaşayır? - DMX rəisi açıqladı

Hazırda Azərbaycanda neçə əcnəbi yaşayır? - DMX rəisi açıqladı
29.07.2026 12:32 Cəmiyyət

“Bir sıra ölkələrdə qanunsuz miqrasiya ciddi sosial və təhlükəsizlik problemləri yaratsa da, Azərbaycanda vəziyyət nəzarət altındadır".

TodayPress TV "APA"-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.

"Hazırda ölkədə yaşayan əcnəbilərin sayı təxminən 210–220 min nəfər civarındadır. Mövsümdən asılı olaraq bu rəqəm dəyişə bilir. Məsələn, yay aylarında turist axınının artması səbəbindən ölkədə olan əcnəbilərin sayı daha yüksək olur. Bu ümumi göstərici fonunda qanunsuz yaşayan şəxslərin sayı nisbətən azdır və idarəolunan səviyyədə qiymətləndirilir”, - o bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər