FHN-in nümayəndəsi BMT sessiyasında iştirak etdi

FHN-in nümayəndəsi BMT sessiyasında iştirak etdi
10.06.2025 17:59 Cəmiyyət

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfər çərçivəsində 2-6 iyun tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksək səviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib.

Bu barədə FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, tədbir çərçivəsində, Ərgüc Kələntərli BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri, xanım Natalia Alonso Kano ilə görüşüb.

Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Natalia Alonso Kano öz növbəsində əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bu xüsusda, birgə layihələrin təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanlarının əhəmiyyətini vurğulamaqla Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.

Səfər çərçivəsində, bir sıra ölkələrin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndələri ilə görüşlər keçirilib, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində birgə fəaliyyət və fövqəladə halların idarə olunması istiqamətində tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

FOTOLAR

FHN-in nümayəndəsi BMT sessiyasında iştirak etdi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər