"Ətraf mühit yoxdursa, o şəhər ölüdür" — Haluk Leventdən WUF13-də mühüm çağırış
Cəmiyyət
18.05.2026 10:32
“Artıq dünyada hər şey qloballaşdı və bir-birinə yaxınlaşdı. Bir dəqiqə ərzində bütün dünyaya səsimizi çatdıra bilirik. Ona görə də dünyadakı yeni texnologiyaların, xüsusən də insana, cəmiyyətə dinclik bəxş edən strukturların ətraf mühitə və şəhərsalmaya qazandırılması lazımdır. Ətraf mühit olmadan, nəfəs almadan yaşamağın heç bir mənası yoxdur”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən "Ahbap" Dərnəyinin rəhbəri, tanınmış sənətçi Haluk Levent deyib.
Məşhur sənətçi şəhərlərin yalnız binalardan ibarət olmadığını, onun əsl ruhunun təbiətlə və insan amili ilə birbaşa bağlı olduğunu vurğulayıb:
“Bizlər gözəl binalar, gözəl şeylər görə bilərik, lakin o şəhəri bəzəyən ekoloji mühit yoxdursa, o oksigeni ala bilmirsinizsə, yolda gedərkən yoldaşınızla, dostunuzla, eşinizlə o gözəlliyi hiss edə bilmirsinizsə, deməli, o şəhər ruhsuzdur, o şəhər ölüdür. Bu səbəbdən şəhər nə qədər gözəl mühəndisliklə tikilsə də, əgər ətraf mühiti bərpa edə bilmirsə və sosial sahədə insanlara, topluma xoşbəxtlik bəxş etmirsə, o şəhər yararsızdır”.
Qiymət Mahir
tag: WUF13,Ahbap,Haluk Levent,Forum,Todaypress.tv,
