Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da…

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da…
09.08.2026 17:32 Cəmiyyət

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər