Daşınmaz əmlak sahəsində yeni elektron xidmətlər

Cəmiyyət

29.01.2026 11:36

“Daşınmaz əmlakın qeydiyyatı və kadastr sistemində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni elektron xidmətlər tətbiq olunub və bir sıra prosedurlar tam onlayn rejimə keçirilib”.  

TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Yeni elektron xidmətlər çərçivəsində müvafiq aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması, eləcə də texniki sənədlərin tərtibi zamanı yol verilmiş uyğunsuzluqların düzəldilməsi mümkün olub.

Bununla yanaşı, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, hüquqların dövlət qeydiyyatının dayandırılması və bu barədə elektron bildirişin verilməsi, kadastr və reyestrə dair arxiv sənədləri və onların surətləri haqqında məlumatların təqdim olunması, həmçinin torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilərək tanıdılması da elektron xidmətlər sırasına daxil edilib.  

Qiymət Mahir

TodayPress TV

tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,