Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək
16.06.2026 23:30 Cəmiyyət

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək Xətai rayonunun Qum adası yaşayış massivinin, Müşfiq qəsəbəsinin və M.Davud küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər