Bu ərazilərdə işıq kəsiləcək

Bu ərazilərdə işıq kəsiləcək
20.02.2026 00:17 Cəmiyyət

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər