Biləsuvarda qaz təchizatı dayandırılacaq

Biləsuvarda qaz təchizatı dayandırılacaq
18.01.2026 11:11 Cəmiyyət

19 yanvar Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.

TodayPress TV xəbər verir ki, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər