Bəzi yollarda görüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, iyunun 7-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.