Bəzi çaylarda sululuq artdı

Bəzi çaylarda sululuq artdı
07.06.2025 10:12 Cəmiyyət

Bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər