"Başıboş məktəb müdirləri deyirlər ki, uşaq məktəbə hicabla gəlməsin” – Ağ Partiya sədri
Cəmiyyət
18.02.2026 19:17
"Təhsil sistemimiz alim yetişdirsə də, adam yetişdirə bilmir".
Ağ Partiya sədri Tural Abbaslı bunu TodayPress TV-yə müsahibəsində deyib.
"Başıboş məktəb müdirləri deyirlər ki, uşaq məktəbə hicabla gəlməsin, bura mollaxana deyil. Din sənə nə öyrədir? Bir dindar uşaq kiməsə atəş açar heç? "Bir adamı öldürmək bütün insanlığı öldürməkdir" tərbiyəsi ilə böyüyən insan kiməsə atəş açar? Açmaz təbii ki…
Yəni öz şagirdlərimizi nə milli mənəvi dəyərlərimizə, nə də dini dəyərlərimizə görə tərbiyələndiririk. Onları buraxmışıq "Epşteynlərin", sosial şəbəkələrin ümidinə. Sosial şəbəkədə də kim hansı qrupa qoşuldu, onun təsiri altına düşür. Yəni bu, təhsil sisteminin boşluğunun günahıdır. Nə uşağın, nə valideynin, nə də "İdrak" liseyinin…", - deyə o əlavə edib".
Jalə Rövşən
tag: Təhsil,Partiya,Tural Abbaslı,İdrak liseyi,Todaypress.tv,
