Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
06.08.2026 10:27 Cəmiyyət

Bakıda yol təmir-bərpa işləri ilə əlaqədar mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

TodayPress TV xəbər verir ki, məhdudiyyətlər iki mərhələdə tətbiq olunur:

Avqustun 6-sı saat 08:00-dan, 7-si saat 22:00-dək hərəkət qismən məhdudlaşdırılacaq.

Avqustun 7-si saat 23:00-dan, 10-u saat 07:00-dək isə yol tamamilə bağlı olacaq.

Məhdudiyyətlər aşağıdakı küçələrə şamil ediləcək:

Suraxanı rayonu – 14 İyul küçəsi;

Yasamal rayonu – Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi;

Səbail rayonu – Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər