Bakıda MMA üzrə Azərbaycan Kuboku keçirildi

Bakıda MMA üzrə Azərbaycan Kuboku keçirildi
09.06.2025 11:51 Cəmiyyət

7–8 iyun 2025-ci il tarixlərində Bakıda MMA üzrə Azərbaycan Kuboku uğrunda yarış təşkil olunub.

TodayPress TV xəbər verir ki, turnir Beynəlxalq IMMAF Federasiyasının himayəsi altında keçirilib.

Çempionatın əsas məqsədi qaliblərin IMMAF MMA üzrə Dünya Çempionatında iştirakını təmin etməkdir.

Sözügedən beynəlxalq yarış 20–27 iyul tarixlərində BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutacaq.

Qeyd edək ki, IMMAF hazırda dünyada ən nüfuzlu və əhəmiyyətli həvəskar MMA təşkilatı kimi tanınır.

FOTOLAR

Bakıda MMA üzrə Azərbaycan Kuboku keçirildi — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər