Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB

Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB
18.06.2026 22:36 Cəmiyyət

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv olunub.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən (AZAL) məlumat verilib.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. Hava şəraiti sabitləşdikdən sonra isə uçuşlar ştat rejimdə davam etdiriləcək.

Qeyd olunub ki, aviaşirkətdə bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər