Bakı metrosunda nə baş verib? - RƏSMİ
Cəmiyyət
29.01.2026 17:45
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda "Yaşıl" və "Qırmızı" xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Məlumata görə, "Bənövşəyi" xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
***
17:35
Saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən "Qırmızı" və "Yaşıl" xətlərdə qatarların hərəkətində gecikmələr var.
https://todaypress.tv/az/cemiyyet/tecili-baki-metrosunda-nasazliq-qatar-tunelde-dayanib
tag: Nərimanov,Yaşıl xətt,Qırmızı xətt,Hərəkət,Todaypress.tv,
