Bakı İstintaq Təcridxanasının keçmiş rəisi öldü - FOTO
Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan Sadıqov vəfat edib.
TodayPress TV Sfera.az-a istinadla xəbər verir ki, Elxan Sadıqov uzun illər Azərbaycan penitensiar sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib. Bundan əvvəl isə Şüvəlan İstintaq Təcridxanasına, həmçinin 10 və 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.
Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
