Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək

Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək
10.06.2025 11:51 Cəmiyyət

7-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycan təmsil olunacaq.

Bu barədə TodayPress TV-yə "Azərpoçt" MMC-dən məlumat verilib.

Məlumata görə, konqreslə bağlı Bakıda hazırlıq tədbiri keçirilib.

Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə heyətinin üzvü Elgün Rəsulov təmsil edib.

Qeyd edilib ki, Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.

Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.

FOTOLAR

Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək — 1
Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək — 2
Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək — 3
Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək — 4
Azərbaycanın ÜPİ İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək — 5
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər