Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA

Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA
19.06.2026 21:18 Cəmiyyət

Su ehtiyatlarının səmərəli idarə olunması və əhalinin dayanıqlı su təminatı son illərdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biridir. İqlim dəyişiklikləri, quraqlıq riskinin artması və kənd təsərrüfatında suya tələbatın yüksəlməsi bu sahədə yeni investisiyaların əhəmiyyətini daha da artırır.

TodayPress TV xəbər verir ki, Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısında su təsərrüfatı layihələri də prioritet istiqamətlərdən biri kimi təqdim olunub. Bildirilib ki, İİB-nin Azərbaycandakı layihə portfelinin ümumi həcmi 1,8 milyard dollar təşkil edir. Hazırda icra mərhələsində olan 11 layihənin ümumi dəyəri isə təxminən 640 milyon dollardır.

Bank tərəfindən maliyyələşdirilən layihələr arasında su təchizatı infrastrukturunun yenilənməsi, müasir suvarma sistemlərinin qurulması və su ehtiyatlarının daha səmərəli idarə olunmasına yönəlmiş proqramlar yer alır. Bu layihələrin əsas məqsədi su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasıdır.

İİB nümayəndələrinin sözlərinə görə, gələcək illərdə də su sektoru Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalacaq. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində su infrastrukturu layihələrinə də xüsusi diqqət ayrılacaq.

Xanım Musayeva

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər