Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Azərbaycan 2026-cı il 5 iyun tarixində növbəti Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Tədbir Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində keçiriləcək.
2026-cı il üçün müəyyən edilmiş mövzu urbanizasiya və iqlim dəyişikliyi arasında mühüm əlaqəni əks etdirəcək. Bu seçim Azərbaycanın qlobal ekoloji əməkdaşlığın gücləndirilməsi və inklüziv, təsirli iqlim tədbirlərinin həyata keçirilməsi istiqamətində davam edən səylərini nümayiş etdirir.
Töhfə Səməd