AZAL Rusiyaya üzərlik aparan vətəndaşlara xəbərdarlıq etdi

AZAL Rusiyaya üzərlik aparan vətəndaşlara xəbərdarlıq etdi
19.02.2026 18:05 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Müraciətdə qeyd olunub ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) uyğun olaraq bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər

Şirkət vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.

AZAL həmçinin sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər