AZAL Qazaxıstanın daha iki şəhərindən Bakıya reys açacaq
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, “Azərbaycan Hava Yolları” (AZAL) şirkəti Qazaxıstanın Aktobe və Atırau şəhərlərindən Bakıya daha iki müntəzəm aviareysin açılmasını planlaşdırır.
TodayPress TV xəbər verir ki, yeni hava marşrutlarının istifadəyə verilməsi iki ölkə arasında ticarət, iqtisadi, biznes və turizm əlaqələrinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, yeni reyslərin açılması Azərbaycan-Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.