ADY: Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır

ADY: Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır
19.02.2026 13:38 Cəmiyyət

Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.

Səhmdar cəmiyyəti qeyd edir ki, neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır: "Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər