Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək

Xarici siyasət

24.01.2026 10:00

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində paylaşım edib.

O qeyd edib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və "Tramp körpüsü" (TRİPP) təşəbbüsünü irəli aparmaqdır. 

Ağ Ev lideri, həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığına dair müqavilə bağlamaq niyyətində olduğunu bildirib. 

Bundan əlavə, Tramp Azərbaycana zirehli gödəkçələr və qayıqlar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqlarının satışına başlamaq niyyətini qeyd edib.

ABŞ prezidenti avqust ayında imzalanmış sülh müqaviləsinə sadiq qaldıqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

Aysel Mətləb

TodayPress TV

tag: Vens,Azərbaycan ,Ermənistan,Səfər,Todaypress.tv,