UNESCO rəsmisi: İrsin qorunması dayanıqlı inkişafın əsasıdır
“İrsin qorunması dayanıqlı inkişaf və iqlimə davamlı şəhər planlamasının əsas istiqamətlərindən biridir”.
TodayPress TV xəbər verir ki, bunu UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Coti Hosagrahar deyib.
O qeyd edib ki, UNESCO-nun iki əsas sənədi bu yanaşmanı sistemli şəkildə birləşdirir:
“1972-ci il Ümumdünya İrs Konvensiyası tarixi şəhərlərin və onların ətrafında yaşayan yerli icmaların qorunmasını dəstəkləyir və bu ərazilərin “üstün universal dəyərinin”mühafizəsini təmin etməyi hədəfləyir. İkinci əsas sənəd 2011-ci il UNESCO-nun “Tarixi Şəhər Landşaftı” üzrə tövsiyəsidir. Bu sənəd tikili mühit, təbii mühit və yerli icmalar arasındakı əlaqəni tanıyır və bu komponentlərin birlikdə idarə olunması üçün çərçivə yaradır. Eyni zamanda yerli icmaların bilik və təcrübələrini, o cümlədən qeyri-maddi mədəni irsi də prosesə daxil edir”.
O əlavə edib ki, bu yanaşma irsin idarə olunmasını dayanıqlı inkişaf və iqlimə davamlılıqla birləşdirir:
“Bu çərçivə inklüziv və minimal müdaxilə əsasında irsin idarə olunmasını təmin edir və şəhər transformasiyasının mədəni irsin dəyərlərinə hörmət etməsinə imkan yaradır”.
Qiymət Mahir