Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi
24.01.2026 09:00 Xarici siyasət

ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.

“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizim rifah və sülhümüz var”, - Tramp bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər