Tokayev İlham Əliyevə təşəkkür etdi

Tokayev İlham Əliyevə təşəkkür etdi
21.11.2025 14:59 Xarici siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə öz ölkəsinin ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərara görə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan liderinin bəyanatında deyilir.

"Bu ilin noyabrında Azərbaycan ərazisindən Ermənistana Qazaxıstandan min ton həcmində ilk taxıl partiyası çatdırılıb. Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan Ermənistana müntəzəm əsasda yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır", - deyə Tokayev bildirib.

Qazaxıstan Prezidenti həmçinin qeyd edib ki, Astana və İrəvan ticarətin daha da inkişafı üçün səy göstərməyi razılaşıblar.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər