Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul etdi

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul etdi
16.11.2025 13:42 Xarici siyasət

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkoşada Azərbaycan Milli Məclisinin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, Şimali Kiprin lideri azərbaycanlı parlamentarilərin Şimali Kipr Türk Cümhuriyyətinin 42-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirakından məmnunluğunu ifadə edib.

C.Feyziyev, öz növbəsində, Cümhuriyyət Gününün növbəti ildönümü münasibətilə Kipr türklərinə təbrikini çatdırıb.

Görüşdə ŞKTC Prezidentinin köməkçisi Mehmet Dana və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu iştirak ediblər.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər