Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqlədilər
Xarici siyasət
23.01.2026 14:11
Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.
"Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər", - məlumatda vurğulanıb.
tag: ABŞ,Səfirlik,Məlumat,Görüş,Todaypress.tv,
