Səfir: Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib

Səfir: Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib
06.03.2026 15:07 Xarici siyasət

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" platformasında paylaşım edib.

"Son 3 ildə (2023-2026) artıq ikinci təxliyə", - səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə bu gün birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər