Şahin Mustafayev İrana səfər edəcək

Şahin Mustafayev İrana səfər edəcək
06.08.2025 12:13 Xarici siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev yaxın zamanda İrana səfər edəcək.

TodayPress TV İran mediasına istinadən xəbər verir ki, bu səfərin məqsədi müştərək layihələrin icrası ilə bağlı vəziyyətlə tanış olmaqdır.

Bundan başqa Şahin Mustafayev İran rəsmiləri ilə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiya çərçivəsində Azərbaycan və İran arasında iqtisadi tərəfdaşlıq mövzularını müzakirə edəcək və ehtimal edilən maneələrin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparacaq.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər