Prezident İranın Azərbaycandakı səfirliyində oldu, başsağlığı verdi

Xarici siyasət

04.03.2026 13:15

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

TodayPress TV xəbər verir ki, İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deyib.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,İran səfirliyi,Başsağlığı,Todaypress.tv,

photo
photo
photo
photo