Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib
16.11.2025 11:35 Xarici siyasət

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı deyib: 

“Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, Azərbaycanda konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür”.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər