Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsindədir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsindədir
13.11.2025 16:33 Xarici siyasət

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində bildirib.

“Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim”, - deyə dövlətimizin başçısı əlavə edib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər