Pezeşkian Putinə İranın Azərbaycana hücum etmədiyini dedi
Xarici siyasət
07.03.2026 10:06
"İran Azərbaycana hücum etməyib. Bu xəbərlər şayiə və iki ölkə arasında münasibətləri pozmağa yönəlmiş “düşmənlərin planı”dır."
TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiyanın dövlət başçısı Vladimir Putin ilə telefon danışığı zamanı bildirib.
Pezeşkian qeyd edib ki, İran İslam Respublikası heç vaxt qonşu dövlətlərə hücum etmək niyyətində olmayıb və olmayacaq. Onun sözlərinə görə, ölkəsinin siyasəti ərazi bütövlüyünün qorunmasına və davamlı sülhün təmin edilməsinə əsaslanır.
İran prezidenti əlavə edib ki, Tehran raket və pilotsuz uçuş aparatları ilə bağlı vəziyyətə dair Yaxın Şərq ölkələri ilə də təmaslar aparır. O, Putinə bildirib ki, qonşu dövlətlərlə görüşlərdə ABŞ hərbi bazalarına endirilən zərbələrin ölkənin və xalqın müdafiəsinə yönəlmiş tədbirlər olduğu izah edilib.
Pezeşkian, həmçinin qeyd edib ki, Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəblərindən biri regionda xarici qüvvələrin mövcudluğudur.
Jalə Rövşən
tag: İran,Vladimir Putin,Məsud Pezeşkian ,Azərbaycan ,Todaypress.tv,
