Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
05.03.2026 16:40 Xarici siyasət

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib.

"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.

XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər