Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi

Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi
06.03.2026 13:33 Xarici siyasət

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

TodayPress TV xəbər verir ki, Zəfər parkında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha sonra Şəhidlər xiyabanında ziyarət zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

TodayPress TV

FOTOLAR

Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi — 1
Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi — 2
Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi — 3
Mixay Popşoi Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət etdi — 4
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər