Keniya Prezidenti 7 milyon insanın taleyindən danışdı
“Ölkədə 7 milyon insanın qeyri-formal məskunlaşma yerlərində yaşadığını nəzərə alaraq, mənzil probleminin həllini inkişaf strategiyamızın əsas prioriteti kimi müəyyənləşdirdik”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Keniyanın Prezidenti Uillyam Samoei Ruto edib.
O bildirib ki, mənzil tikintisi qarşısında duran üç əsas maneə — torpağın əlçatanlığı, tikinti xərcləri və maliyyələşmə məsələləri sistematik şəkildə həll edilir. Dövlət başçısı qeyd edib ki, bütün dövlət torpaqlarının mənzil tikintisi üçün təmənnasız olaraq ayrılması, tikinti xərclərini 30 faiz azaldıb.
Kenya Prezidenti xərclərin azaldılması və tikinti templərinin artırılması mexanizmlərinə diqqət çəkib:
“Tikinti xərclərini azaltmaq üçün memarlar, mühəndislər və digər mütəxəssislərlə danışıqlar aparılıb, tikinti həcmləri artırılıb. Əvvəllər ildə 10-20 ev tikən podratçılara 3-4 min ev tikmək tapşırığı verilməklə, miqyas effekti yaradılıb və bu, tikinti xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub”.
Qiymət Mahir