İndiyədək 300 vətəndaşımız İrandan quru yolla Azərbaycana gəlib

İndiyədək 300 vətəndaşımız İrandan quru yolla Azərbaycana gəlib
07.03.2026 16:59 Xarici siyasət

İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib.

Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, indiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.

“Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülməkdədir”, - XİN-in məlumatında deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər