İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verdi

Xarici siyasət

11.11.2025 16:56

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Gürcüstan və Azərbaycan sərhədi yaxınlığında  qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, başsağlığında deyilir:

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana:

Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2025-ci il

TodayPress TV

tag: Rəcəb Tayyib Ərdoğan,İlham Əliyev,Başsağlığı ,Helikopter qəzası ,Todaypress.tv,