İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi
03.03.2026 11:16 Xarici siyasət

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı milli bayram münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilib:

"Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.

Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Kiyevdə partlayış oldu - ölən və yaralananlar var 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - Azərbaycan elə bir addım atdı ki... 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 Bütün Xəbərlər