Gideon Saar Albert Aqarunovun məzarı önünə gül dəstəsi qoydu
İsrailin xarici işlər naziri Gideon Saar Birinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun məzarına gül dəstəsi qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.
"Albert ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi tanınıb və Şəhidlər Xiyabanında dəfn edilib. Müsəlman ruhaniləri və ravvinlər onun dəfn mərasimində iştirak edərək, Azərbaycanın müxtəlifliyini dünyaya simvolizə ediblər", - deyə o bildirib.
Qeyd edək ki, nazir Şəhidlər Xiyabanını və Qələbə Parkını ziyarət edib.
Aysel Mətləb