Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu

Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu
20.05.2026 10:00 Xarici siyasət

Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.

TodayPress TV xəbər verir ki, qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.

BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.

Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb.

TodayPress TV

FOTOLAR

Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 1
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 2
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 3
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 4
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 5
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 6
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 7
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 8
Esvatini Kralı Bakı Ali Neft Məktəbində oldu — 9
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər