Ərdoğan İlham Əliyevi təbrik etdi

Ərdoğan İlham Əliyevi təbrik etdi
04.11.2026 22:30 Xarici siyasət

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

"Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti".

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər